Новости

Azərbaycanda sellər nəticəsində yaranan problemlər tədricən həll olunur.

“APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda mövcud olan problemlər dağlıq ərazilərdə əriyən qar və yağan yağışlardır ki, bu da çaylarda suyun səviyyəsinin bir neçə santimetr qalxmasına səbəb ola bilər. Bu problemlər ciddi olmasa belə, yaxın on gün ərzində aradan qaldırılacaq: “Bununla yanaşı, Mingəçevir su anbarı tədricən boşlaldılmalıdır ki, bu da yerinə yetiriləcək”.
Nazir onu da bildirib ki, Kür və Araz çaylarına axan bir neçə digər çaylar üzərində idarəetmə qurğuları quraşdırılacaq.

Просмотров: 292 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

Fövqəladə hallar naziri: “Mingəçevir Su Anbarına daxil olan və çıxan su da stabildir”

“Araz çayından yeni qolun açılması qabaqlayıcı tədbirlərdən biridir”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Nazirin sözlərinə görə, son illər Araz və Kür çayında sululuğun artmasının yaradacağı fəsadların qarşısını almaq üçün Arazın yeni qolunun açılmasına ehtiyac yaranıb: Gələcəkdə burda güclü şlyuzların qoyulması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və digər müvafiq təşkilatlar gələcəkdə məcradan axan suya nə qədər tələbat olduğunu müəyyənləşdirəcəklər və qola buna uyğun da su buraxılacaq. Bununla da sular idarə olunacaq”.
K. Heydərov bildirib ki, mütəxəssislərin rəyinə görə, Araz və Kürdə suyun səviyyəsində azalma müşahidə olunur: “Mingəçevir Su Anbarına daxil olan və ç ... Читать дальше »

Просмотров: 264 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

«Bu hərəkət İsrail xalqına sakitlik gətirməyəcək»

İsrailin törətdiyi bu dövlət terroru cavabsız qalmayacaq. Bunu Çiliyə səfərini yarımçıq qoyub ölkəsinə dönən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Santyaqo hava limanında jurnalistlərə açıqlamasında deyib.
Ərdoğanın sözlərinə görə, Qəzzaya humanitar yardım aparan gəmi tamamilə humanitar məqsədlərə xidmət edib: «Gəmilər yoxlanılmışdı, orada mülki şəxslər və könüllülərdən başqa heç kim olmayıb. Gəmilərdə ağ bayraq asılmışdı».
Türkiyə baş naziri İsrailin gəmidə silah olduğu barədə yaydığı xəbərləri də təkzib edib: «Gəmidə sadəcə Türkiyə vətəndaşları deyil, 32 ölkədən könüllülər, parlament üzvləri olub. İsrail tərəfindən edilən bu hərəkətlər beynəlxalq hüquqa tamamilə zidd dövlət terrorudur. İsrail bölgədə sülh istəmədiyini açıq şəkildə ortaya qoydu. İnsanlığa zidd dövlət terroru cavabsız qalmayacaq. Bu, İsrail xalqına da saki ... Читать дальше »

Просмотров: 277 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

Alyansın daimi təmsilçiləri bu gün bir araya gəlirlər

BMT Təhlükəsizlik Şurasından sonra NATO da İsrailin humanitar yardım aparan gəmilərə hücumu ilə bağlı fövqəladə toplantı keçirəcək.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, alyansın baş katibi Anders Foq Rasmussen bu gün yaydığı yazılı açıqlamada olaylardakı insan itkisindən ciddi narahatlıq keçirdiyini deyib.
Anders Foq Rasmussen yaşanan hadisə ilə bağlı həqiqətlərin ortaya çıxmasını gözlədiklərini söyləyib. NATO sözçüsü Ceyms Appathuari isə Türkiyənin tələbi ilə bu gün təcili şəkildə NATO-nun daimi təmsilçiləri səviyyəsində toplantı keçiriləcəyini bildirib.

Просмотров: 269 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

Səhiyyə Nazirliyinə məxsus təyyarə də İsraildə olan 20 türkü gətirmək üçün bu ölkəyə göndərilib

Türkiyə İsraildə yaralanan vətəndaşlarını ölkəyə gətirmək üçün bu ölkəyə iki hərbi təyyarə göndərib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsindən verilən məlumatda bildirilir ki, bu qurum Silahlı Qüvvələrin Baş Qərargahı və Səhiyyə Nazirliyi ilə birlikdə koordinasiyalı şəkildə çalışır və 20 Türkiyə vətəndaşının ölkəyə gətirilməsi üçün İsrailə təyyarələr göndərilib.
Açıqlamada orduya məxsus təyyarələrin bu gün Türkiyə vaxtı ilə 08:50-də İsrailə hərəkət etdiyi, Səhiyyə Nazirliyinin təyyarəsinin isə 10:30-da uçacağı qeyd edilib.

Просмотров: 274 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

“Gəmilər və mülki şəxslər dərhal buraxılsın”

BMT Təhlükəsizlik Şurasının 12 saat davam edən toplantısı başa çatıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəbul edilən açıqlamada qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə qarşı beynəlxalq sularda həyata keçirdiyi hərbi əməliyyat zamanı güc tətbiqi nəticəsində insanların ölməsindən və yaralanmasından böyük üzüntü keçirir.
Təhlükəsizlik Şurası ən azı 10 nəfərin ölməsinə, çox sayda insanın yaralanmasına yol açan olayı qınayıb və ölənlərin ailələrinə başsağlığı verib. BMT Təhlükəsizlik Şurası İsrailin saxladığı gəmilərin və mülki şəxslərin dərhal buraxılmasını tələb edib, təcili olaraq tərəfsiz və şəffaf istintaqın aparılmasını istəyib.
lent.az

Просмотров: 308 | Добавил: Администратор | Дата: 01.06.2010 | Комментарии (0)

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yardım aparan gəmilərə hücum edən orduya dəstək verib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İsrail Nazirlər Kabinetindən verilən açıqlamada Kanadada səfərdə olan Benyamin Netanyahunun ölkənin yüksək səviyyəli diplomatiya və təhlükəsizlik təmsilçiləri ilə telefonla danışdığı bildirilib.
Açıqlamada Benyamin Netanyahunun bu söhbətlərdə orduya tam dəstək verdiyi qeyd edilib.  (lent.az)

Просмотров: 362 | Добавил: Администратор | Дата: 31.05.2010 | Комментарии (0)

Pan Ki Mun İsraili qınadı

BM baş katibi Ban Ki Mun İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumundan şoka düşdüyünü deyib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Uqandanın paytaxtı Kampalada səfərdə olan BMT baş katibi hücumda din insanların öldürülməsini qınadığını bildirib və geniş miqyaslı istintaq başladılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Ban Ki Mun İsrailin bu qanlı hücumla bağlı dünya ictimaiyyətinə açıqlama verəcəyinə inamını ifadə edib.
Ancaq İsrailin müdafiə naziri Ehud Barak Təl-Əvivdə keçirdiyi mətbuat konfransında yardım karvanını siyasi təxribat adlandırıb. Karvanın təşkilatçılarının qarşıdurma tərəfdarı olduğunu iddia edən Ehud Barak olaya görə məsuliyyəti də onların daşıdığını söyləyib. mənbə : lent.az

Просмотров: 352 | Добавил: Администратор | Дата: 31.05.2010 | Комментарии (0)

Fransa, İtaliya, Almaniya və İsveç İsraili qınadı

İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu, 10 insanı öldürülməsi dünyanı şoka salıb. Lent.az-ın “trt-world.com” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İtaliya xarici işlər naziri Franko Frattini Türkiyənin dövlət naziri və Avropa Birliyi ilə danışıqlardakı baş müzakirəçisi Egemen Bağışla bu gün Romada bir araya gəlib.
Franko Frattini deyib k, İsrailin Qəzzaya yardım aparan gəmilərinə hücumu onları şoka salıb. O, hücumdan böyük üzüntü duyduqlarını deyib.
Fransa xarici işlər naziri Bernad Kuşner də İsrailin hücumundan dərin şoka düşdüyünü söyləyib və heç bir arqumentin bu hücuma haqq qazandıra bilməyəcəyini vurğulayıb. Bernad Kuşner bildirib ki, neçə gündür hər kəs tərəfindən bilinən humanitar yardım cəhdinə bu cür hücumun necə təşkil edilməsini anlamaq çətindir. Xarici işlər naziri bu drama görə məsu ... Читать дальше »

Просмотров: 359 | Добавил: Администратор | Дата: 31.05.2010 | Комментарии (0)

Ankara İsraildəki səfirini geri çağırıb

Türkiyə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.
Lent.az-ın trt-world.com saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu artıq Nyu-Yorka yola düşüb.
Əhməd Davudoğlu bu gün axşama doğru BMT Təhlükəsizlik Şurası toplantısının başlayacağını söyləyib. Xarici işlər naziri Latın Amerikasında səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğanın da səfərini yarımçıq kəsərək ölkəyə dönmək üzrə olduğunu bildirib.
Türkiyə xarici işlər naziri ölkənin İsraildəki səfirini geri çağırdıqlarını deyib. Əhməd Davudoğlu həmçinin yardım karvanında nümayəndəsi olan 32 ölkə ilə də müzakirələri davam etdirdiyini vurğulayıb: “Türkiyə dövləti və hökuməti bütün imkanları ilə bu məsələnin üzərinə gedəcək. Türkiyə vətəndaşları rahat olsunlar”.
Bu arada Türkiyə prezidenti Abdulla Gül İsrailin Qəzzaya yard ... Читать дальше »

Просмотров: 374 | Добавил: Администратор | Дата: 31.05.2010 | Комментарии (0)

« 1 2 3 »

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz