Новости

Avropa Birliyi İsrailin Qəzza sektoruna humanitar yardım aparan “sülh donanması”na hücumu və insanların öldürülməsi ilə bağlı izahat tələb edib.

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, AB-nin xarici siyasət üzrə koordinatoru Ketrin Eşton bununla bağlı rəsmi bəyanatla çıxış edib.Eşton AB-nin baş verənlərin dərhal və hərtərəfli araşdırılmasını tələb etdiyini vurğulayıb: “AB baş verənlərin tam araşdırılmasını, kommersiya mallarının humanitar yardımının, eləcə də insanların Qəzza sektoru sərhədindən azad keçinin bərpa edilməsini tələb edir”.                              mənbə: lent.az

Просмотров: 367 | Добавил: Администратор | Дата: 31.05.2010 | Комментарии (0)

Prezident İlham Əliyev sahilbərkitmə və bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib

Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşüb və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib.
APA-nın məlumatına görə, çadır düşərgəsi ilə tanışlıq zamanı dövlət başçısına burada görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, əhali ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunub, bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı var.
Prezident çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, problemlərlə yerindəcə tanış olduğuna görə dövlət başçısına minnətdarlıq e ... Читать дальше »
Просмотров: 410 | Добавил: Администратор | Дата: 11.05.2010 | Комментарии (0)

Sabirabad rayonunda sakinlərin köçürülməsi davam edir.

Lent.az-ın Sabirabaddan verdiyi məlumata görə, əhali müxtəlif istiqamətlərə köçürülür.
Avtomobili olan sakinlər ev əşyalarını da yığaraq yaxınlıqdakı rayonlarda yaşayan qohumlarıgilə gedir. İri və xırdabuynuzlu heyvanları olanlar isə mümkün qədər heyvanlarını xilas etməyə çalışır. Həyət itləri açılaraq azad buraxılıb.
Rayonda sel problemindən başqa da problem əmələ gəlib. Həyətlərdən azad edilmiş itlər, digər küçə itləri və pişik kimi heyvanlar quru sahələrə axışıb. Demək olar ki, rayonun sel basmayan hissəsini də heyvanlar basıb.
Pərvin Abbasov LENT.AZ

Просмотров: 404 | Добавил: Администратор | Дата: 11.05.2010 | Комментарии (0)

Son günlər güclü yağıntılar nəticəsində Tərtərin bir neçə yaşayış məntəqəsində evlərə ciddi zərər dəyib.

Rayonun Qaradağlı və Evoğlu kəndlərində məskunlaşmış məcburi köçkünlərə məxsus evlər uçub. Bu barədə APA-nın Qarabağ bürosuna Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev məlumat verib. Qərargah rəisinin sözlərinə görə, sözügedən yaşayış məntəqələrinin hər birində bir məcburi köçkün ailəsinin məskunlaşdığı evin uçması haqda rayon İcra Hakimiyyətinə məlumat daxil olub. Dərhal Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə komissiya yaradılıb.
İlqar Musayev onu da bildirib ki, rayonun Seyidimli kənd sakini Dəmirov Tahir Həmid oğluna məxsus yaşayış evi qəzalı vəziyyət düşüb, həyətindəki tövlə isə uçub.

Analoji hal həmin yaşayış məntəqəsinin digər sakini İmanov Mənsur Məhərrəm oğlunun evində də təkrarlanıb.

Küçərli kəndi ərazisində ... Читать дальше »

Просмотров: 429 | Добавил: Администратор | Дата: 04.05.2010 | Комментарии (0)

Azərbaycanda təbii fəlakətin baş verdiyi Sabirabad rayonu ərazisində Kür çayının daha bir bəndi dağılıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Sabirabad rayonunun Mürsəlli kəndindən keçən hissəsində su birinci bəndi dağıdıb.

Kəndin ərazisini anidən su basıb. Su yaşayış məntəqəsinin içərisinə doğru sürətlə irəliləyir.

Kəndin bir hissəsi artıq su altında qalıb.

Panika içində olan sakinlər pərakəndə halda evlərini tərk edib, quru ərazilərə qaçırlar.

Sabirabadda yaradılmış operativ qərargahda olan rəsmilər əraziyə getməyə çalşırlar. Əraziyə gedən yollar su altında qaldığından hərəkət çətindir.

Saat 22.00 radələrində Kürün bu ərazidə olan ikinci bəndi də dağılıb.
Sabirabadın daha iki kəndinin Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təklükəsi yaranıb. Bu kəndlərin əhalisi evakuasiya olunmayıb.

Əraziyə gedən yolları su basdığı üçün gediş-g ... Читать дальше »

Просмотров: 348 | Добавил: Администратор | Дата: 10.05.2010 | Комментарии (0)

« 1 2 3

© yasharaz