Новости

00:00

Ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi təklif edilir

Ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi təklif edilir

Bölmə: SOSİAL
27 Aprel 2011 18:31 (15 saat öncə)

Azərbaycanda daxili turizmin inkişafına mane olan əsas səbəblərdən biri ali təhsil məktəblərinə qəbul imtahanlarının yay aylarında keçirilməsidir.

Bunu «APA-ECONOMICS»ə «Atlant» İstirahət Mərkəzinin direktoru Tahir Qədəşov bildirib. Sahibkarın sözlərinə görə, hər il iyun-iyul aylarında keçirilən qəbul imtahanlarının turizm mövsümünün qızğın çağına təsadüf etməsi nəticəsində abituriyenti olan ailələr istirahətə gedə bilmir: «Onlar nəinki abituriyentin imtahana hazırlanmasını, hətta imtahanın nəticəsini də gözləyib, yalnız bundan sonra istirahət barədə düşünürlər».


Qəbul imtahanlarının adətən avqustun əvvəlində bitdiyini deyən T.Qədəşovun sözlərinə görə, bu da istirahət dövrünü qısaldır. Nəticədə, ölkə daxilindəki turizm mərkəzlərinin əksəriyyəti yay aylarında ümumilikdə 35-40 gün tam gücü ilə işləyə bilir. İstirahət mərkəzinin rəhbəri turizm mövsümünü daha da uzatmaq üçün qəbul imtahanlarının iyunun, ən gec iyulun əvvəlində başa çatmasını təklif edir.


Buna Türkiyəni misal kimi göstərən sahibkarın sözlərinə görə, qonşu ölkədə qəbul imtahanları apreldə başa çatır ki, bu da turizm mövsümünün daha uzun olmasına və bütün əhalinin istirahətinə imkan verir. T.Qədəşovun sözlərinə görə, qəbul imtahanlarının vaxtının dəyişməsi daxili turizm sektorunda müştərilərin sayının 2 dəfə artmasına səbəb ola bilər.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz