Новости

13:56

42 milyon əhalisi olan şəhər!

            

  Font ölçüsü :   a   \|   A 


 
 
 

Çin hökuməti Çjutszyan çayı sahilində yerləşən 9 böyük şəhəri bir meqapolisdə birləşdirməyi planlaşdırır. 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, yeni şəhərin əhalisi 42 milyon nəfər olacaq. 

Meqapolis Quançjou, Şençjen, Foşan, Dunquan, Çjunşan, Çjuxay, Tsyanmen, Xueyçjou, və Çjootsin şəhərlərini əhatə edəcək. Bu şəhərin ümumi ərazisi 41,5 min kvadrat kilometrdir. 

Meqapolisin adı hələ müəyyənləşməyib. Bu nəhəng şəhərdə gediş-gəliş üçün vahid ödəniş sistemi tətbiq olunacaq. Meqapolisi Honkonqla birləşdirən sürətli dəmir yolu xətti çəkilməsi də planlaşdırılır. Layihənin ümumi dəyəri 300 milyard dollar civarındadır.
 

LENT.AZ

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz