Новости

07:46

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Son illər res­pub­lika­nın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparıl­ma­sı təhsilin keyfiyyə­tinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşı­lan­mışdır.
Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin key­fiy­yə­ti­nin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçı­van MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illə­rində bu­ra­xı­lış imtahanların­dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirmə­yən və eksternat qayda­sında imtahan vermək üçün müra­ciət edən şəxslər də əhatə olun­maqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.
2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçirilsin.
3. Ümumtəhsil məktəb­lə­rində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral – 17 aprel tarix­lərində keçirilsin.
3.1. 3.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağı­da­kı şəhər və rayonlarda göstərilən tarix­lərdə keçirilsin:
- Bakı şəhərində 13 fevral 2011-ci il tarixində;
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində;
- peşə liseylərində 27 fevral 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümum­təhsil məktəblərində yoxlama imtahanı onların məs­kun­laşdıqları şəhər və ra­yon­ların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəy­yən­ləşdirilmiş tarixdə keçirilsin.
3.2. 3.2. yoxla­ma­ imtahanının nəticələri keçirildiyi tarixdə jurnala ya­zılsın və şa­gird­lərin fənlər üzrə ikin­ci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzə­rə alın­maq­la çıxarılsın.
4. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağı­dakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin:
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;
- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;
- peşə liseylərində 24 aprel 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümum­təh­­sil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və ra­yon­ların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin.
5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda gös­təri­lən ta­rix­lər­də keçirilsin.
6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tari­xin­də Bakı şəhərində keçirilsin.
7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış im­ta­hanlarının aparılması Təhsil Nazir­liyi tərəfindən hazırlanmış imtahan mate­ri­al­ları gür­cü dilinə tərcümə edil­mək­lə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.
8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazıla­caq yekun qiymət şagirdin fənn üzrə yox­lama imtaha­nı­nın nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadət­naməyə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə yox­la­ma imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablansın.
9. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil mək­təb­lərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr ay­larında təlimati işlər aparılsın.
10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunma­sının mə­lumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şa­girdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.
11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaş­dır­ma və kadr­ların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təh­lili əsasında zə­ru­ri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olun­ma­sı ilə bağlı təklif­lər hazırlasın.
12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəz­dindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları:
12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının ke­çirilməsi ilə əlaq­ədar olaraq mək­təb rəhbərlərinin, müəllimlərin, şa­gird­lərin və vali­deyn­lərin mütə­ma­di olaraq maarifləndirilməsi işini təşkil etsinlər;
12.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monito­rinq və qiymət­lən­dir­mə şöbəsi ilə razılaşdırsınlar;
12.3. buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin et­sin­lər;
12.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahan­la­rında maksi­mum iştirakını təmin et­sinlər;
12.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahan­la­rında maksi­mum iştirakını təmin et­sinlər.
13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) nə­zərdə tutulmuş tədbirlərin həyata ke­çi­ril­məsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər.
14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.
15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəze­tin­də və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahan­la­rı­nın nəti­cə­lə­rinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 oktyabr 2010-cu il.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz