Новости

12:56

Elmi dərəcələrə və adlara görə əlavələrin həcmi müəyyənləşdi

Nazirlər Kabineti qərar verib

Nazirlər Kabineti Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq - 30 manat, ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq - 50 manat əlavə müəyyən edilib.
Dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda - 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda - 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda - 75 manat, iş stajı 20 ildən artıq olduqda - 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda - 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda - 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda - 90 manat, iş stajı 20 ildən artıq olduqda - 120 manat əlavə veriləcək.
Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.
Qərarda qeyd olunur ki, Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin vəzifə maaşlarına tətbiq edilən əlavələr"in "Vəzifələrin adı" sütununun "Pedaqoji heyət" bölməsindən "Professor" "30", "60", "90", "120" və "Dosent" "25", "50", "75", "100" sözləri çıxarılsın.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz