Новости

12:53

Bakıda Amerika Təhsil Yarmarkası keçiriləcək

İyunun 5-də Azərbaycan Dillər Universitetində (ADU) Amerika Təhsil Yarmarkası keçiriləcək.

Bu barədə Lent.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib.
ABŞ-nın Azərbaycandakı səfirliyinin, Azərbaycan Məzunlar Assosiasiyası və Bakı Təhsil İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək təhsil yarmarkası ADU-nun Amerikan Mərkəzində baş tutacaq. Yarmarkada Amerikan və Azərbaycan universitetlərini bitirən məzunlar iştirak edə bilər. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşəcəklər.
Amerika Təhsil Yarmarkası ADU-nun Amerikan Mərkəzində (R. Behbudov 60, 1-ci mərtəbə) saat 15:00-da başlayacaq.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz