Новости

12:52

Nazir: “Təbii fəlakət bölgəsində heç bir xəstəlik yayılmayıb”

“Təbii fəlakət bölgəsində əhalinin sanitar-epidemioloji vəziyyət nəzarətdədir.

Orada narahatlığa səbəb olacaq heç bir problem yoxdur, hər hansı xəstəlik yayılmayıb”.
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev təbii fəlakət bölgəsindəki vəziyyəti şərh edərkən bildirib. Nazir bir neçə gün əvvəl Kürdəki daşqınlardan əziyyət çəkən bölgələrdə səfərdə olduğunu, insanlara göstərilən tibbi xidmətin vəziyyəti ilə maraqlandığını deyib. Onun sözlərinə görə, təbii fəlakət bölgəsində evakuasiya edilmiş əhaliyə lazım olan bütün tibbi xidmətlər yüksək səviyyədə həyata keçirilir.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz