Новости

18:05

Humanitar yük daşıyan gəmilərə hücum dünyanı şoka salıb

Fransa, İtaliya, Almaniya və İsveç İsraili qınadı

İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu, 10 insanı öldürülməsi dünyanı şoka salıb. Lent.az-ın “trt-world.com” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İtaliya xarici işlər naziri Franko Frattini Türkiyənin dövlət naziri və Avropa Birliyi ilə danışıqlardakı baş müzakirəçisi Egemen Bağışla bu gün Romada bir araya gəlib.
Franko Frattini deyib k, İsrailin Qəzzaya yardım aparan gəmilərinə hücumu onları şoka salıb. O, hücumdan böyük üzüntü duyduqlarını deyib.
Fransa xarici işlər naziri Bernad Kuşner də İsrailin hücumundan dərin şoka düşdüyünü söyləyib və heç bir arqumentin bu hücuma haqq qazandıra bilməyəcəyini vurğulayıb. Bernad Kuşner bildirib ki, neçə gündür hər kəs tərəfindən bilinən humanitar yardım cəhdinə bu cür hücumun necə təşkil edilməsini anlamaq çətindir. Xarici işlər naziri bu drama görə məsuliyyət daşıyanların tapılmasını və cəzalandırılmasını tələb edib.
Almaniya xarici işlər naziri Quido Vestervill isə İsrailin hücumundan ciddi narahatlıq keçirdiklərini vurğulayıb. İsveç isə Qəzzaya yardım gəmilərinə hücum edən İsrailin addımlarına etiraz məqsədilə bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Ölkənin xarici işlər naziri Karl Bildt hücumun çox ciddi və qəbul edilməsi mümkün olmayan hadisə olduğunu deyib. Karl Bildt İsraildən izahat tələb etdiklərini, səfiri də bu məqsədlə çağırdıqlarını bildirib.
Türkiyə XİN-lə daim əlaqə saxladıqlarını söyləyən İsveç xarici işlər naziri hadisənin beynəlxalq sularda yaşandığını, Avropa Birliyinin İsrailə ortaq etiraz bildirməsi üçün çalışdıqlarını qeyd edib.
mənbə: lent.az

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz