Новости

18:29

Sabirabada sel yeni problem yaradıb

Sabirabad rayonunda sakinlərin köçürülməsi davam edir.

Lent.az-ın Sabirabaddan verdiyi məlumata görə, əhali müxtəlif istiqamətlərə köçürülür.
Avtomobili olan sakinlər ev əşyalarını da yığaraq yaxınlıqdakı rayonlarda yaşayan qohumlarıgilə gedir. İri və xırdabuynuzlu heyvanları olanlar isə mümkün qədər heyvanlarını xilas etməyə çalışır. Həyət itləri açılaraq azad buraxılıb.
Rayonda sel problemindən başqa da problem əmələ gəlib. Həyətlərdən azad edilmiş itlər, digər küçə itləri və pişik kimi heyvanlar quru sahələrə axışıb. Demək olar ki, rayonun sel basmayan hissəsini də heyvanlar basıb.
Pərvin Abbasov LENT.AZ

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz