Новости

00:00

Kürün daha iki bəndi uçdu, üç kənd təhlükə altında!

Azərbaycanda təbii fəlakətin baş verdiyi Sabirabad rayonu ərazisində Kür çayının daha bir bəndi dağılıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Sabirabad rayonunun Mürsəlli kəndindən keçən hissəsində su birinci bəndi dağıdıb.

Kəndin ərazisini anidən su basıb. Su yaşayış məntəqəsinin içərisinə doğru sürətlə irəliləyir.

Kəndin bir hissəsi artıq su altında qalıb.

Panika içində olan sakinlər pərakəndə halda evlərini tərk edib, quru ərazilərə qaçırlar.

Sabirabadda yaradılmış operativ qərargahda olan rəsmilər əraziyə getməyə çalşırlar. Əraziyə gedən yollar su altında qaldığından hərəkət çətindir.

Saat 22.00 radələrində Kürün bu ərazidə olan ikinci bəndi də dağılıb.
Sabirabadın daha iki kəndinin Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təklükəsi yaranıb. Bu kəndlərin əhalisi evakuasiya olunmayıb.

Əraziyə gedən yolları su basdığı üçün gediş-gəliş çətinləşib.

Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir.

Hadisə nəticəsində ölən və itkin düşənin olub-olmaması barədə dəqiqi məlumat yoxdur.

© yasharaz

Бесплатный конструктор сайтов - uCoz